"Səbail" Qətər klubu ilə qarşılaşacaq

10:44 6 İyul 2018

Yeni mövsümə hazırlığını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci mərhələsini keçəcəyi Türkiyədə yoxlama oyununda ikinci rəqibi bəlii olub.

 

Sportarena.az xəbər verir ki, Aftandil Hacıyevin yetirmələri Qətərin Super Liqa təmsilçisi “Əl Şəhaniyə” klubu ilə qarşılaşacaq. İyulun 15-də keçiriləcək bu görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

Xatrıladaq ki, iyulun 9-da Türkiyəyə yollanacaq “Səbail”in buradakı ilk rəqibi yerli “Gənclərbirliyi” klubu olacaq. Ötən mövsüm Super Liqanı tərk edən Ankara klubu ilə qarşılaşma iyulun 12-də keçiriləcək. Həmin matç da 16:00-da başlayacaq.

 

Türkiyə toplanışından öncə isə “Səbail” iyulun 7-də Bakıda “Sabah”la yoxlama oyunu keçirəcək.


Digər xəbərlər

Xəbər xətti