Azərbaycan - İran oyunlarının hakimləri açıqlandı

12:38 6 İyul 2018

iyulun 7-də və 10-da Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığma komandaları arasında yoldaşlıq oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq hər iki qarşılaşmanı idarə edəcək hakimlər də bəllidi.

 

Təyinatları diqqətinizə çatdırırıq:

 

Azərbaycan U-17 – İran U-17
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Etibar Həsənov
7 iyul. Dalğa Arena. Saat 20:00

 

Azərbaycan U-17 – İran U-17
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, Ziya Nəsirov
10 iyul. Bakı Olimpiya Stadionu, məşq meydançası. Saat 20:00.


Xəbər xətti