San Marino futbolunda tarixi gün

14:32 6 İyul 2018

Futbol üzrə Avropa Liqasında da ilkin mərhələnin cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu mərhələdə baş tutan 7 qarşıdurma nəticəsində “B36 Torshavn”, “Trakai”, “Priştina”, “Qzira Yunayted”, “Tre Fiori”, “Klaksvik” və “Enqordani” klubları Avroliqanın 1-ci təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

 

San Marino futbolunda isə əlamətdar hadisə yaşanıb. Bu ölkənin futbol tarixində ilk dəfə bir klub avrokuboklarda mərhələ adlayıb. Uelsin "Bala Taun" komandasını məğlub edən "Tre Fiori" adını ölkə futbolunun tarixinə yazıb.

 

Avropa Liqası: İlkin mərhələnin cavab oyunları

5 iyul

Sent-Jozef (Cəbəllütariq) - B36 Torshavn (Farer adaları) 1:1, penaltilər 2:4 (1:1)

Trakai (Litva) - Sefn Druids (Uels) 1:0 (1:1)

Priştina (Kosovo) - Avropa (Cəbəllütariq) 5:0 (1:1)

Qzira Yunayted (Malta) - Sent Culia (Andorra) 2:1 (2:0)

Bala Taun (Uels) - Tre Fiori (San Marino) 1:0 (0:3)

Klaksvik (Farer adaları) - Birkirkara (Malta) 2:1 (1:1)

Folqore (San Marino) - Enqordani (Andorra) 1:1 (1:2)


Xəbər xətti