"Keşlə" "Traktorsazi"yə uduzdu - YENİLƏNİB

20:42 6 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün son yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” ilə qarşılaşı.  “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakın çalışdırdığı komanda ilə görüşdən təmsilçimiz məğlubiyyətlə ayrılıb.

 

Qeyd edək ki, “Keşlə” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında Bosniya və Herseqovinanın “Çelik” klubuna 0:2, Estoniya təmsilçisi “Levadiya” ya isə 2:3 hesabı ilə uduzub.

 

Yoxlama oyunu

6 iyul

Keşlə - Traktorsazi 0:2


Xəbər xətti