Araz Abdullayev yeni macəraya başlayır - FOTO

13:48 7 İyul 2018

Millimizin futbolçusu Araz Abdullayev Yunanıstanın  "Panionios" klubuna keçidini təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" hesabından məlumat yayıb. "Panionios"un bazasında çəkdirdiyi şəkli paylaşan Abdullayev yeni macəraya başladığını yazıb.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Kiprin "Anortosis" klubunda keçirən A. Abdullayev 2011-ci ilin dekabrından 2012-ci ilin fevralına qədər "Panionios"un formasını geyinib və bu komandanın heyətində 8 oyun keçirib.



Xəbər xətti