İbrahimoviç Bekhemə mərcdə uduzdu

11:50 8 İyul 2018

İsveç yığmasının sabiq futbolçusu Zlatan İbrahimoviç İngiltərə millisinin keçmiş üzvü Devid Bekhemə özünün təklif etdiyi mərcdə uduzub.

 

Sportarena.az xəbər verir ki, buna səbəb DÇ-2018-in 1/4 finalı çərçivəsində İsveç millisinin İngiltərə 0:2 hesabı ilə məğlub olaraq mübarizə dayandırmasıdı.

 

İbra “instaqram” səhifəsində ingilis yarımmüdafiəçiyə yazaraq: “Devid, əgər ingilislər qalib gəlsə, mən sənə ürəyin istəyən restoranda şam yeməyi verəcəm. Yox, əgər İsveç qalib gəlsə, onda sən məni IKEA mağazasına aparacaqsan və ürəyim istəyənləri alacam” demişdi.

 

Bekhem ona cavab verərək, təklifi qəbul etdiyini bildirmişdi: “Yaxşı, əgərə İsveç qalib gəlsə, səni Los-Ancelesdə IKEA mağasına aparacam və ürəyin istəyəni alacaqsan. İngilislər qalib gəlsə, onda sənin hesabına kartof və balıq yeyərik”.


Digər xəbərlər

Xəbər xətti