Yerro İspaniya millisindən getdi

16:14 8 İyul 2018

Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Fernando Yerro ilə bağlı qərar verilib.

 

Sportarena.az xəbər verir ki, Rusiyada təşkil olunmuş dünya çempionatının startı ərəfəsində baş məşqçi postuna gətirilən Yerro istefaya göndərilib. Bu barədə İspaniya Futbol Federasiyası rəsmi məlumat yayıb.

 

Qeyd edək ki, Yerro baş məşqçi təyinatına qədər millidə idman direktoru vəzifəsini yerinə yetirirdi. O, bundan sonra yenə həmin vəzifəsində çalışacaq. İFF rəhbərliyi isə yeni baş məşqçi axtarışına çıxıb.

 

Fernando Yerro baş məşqçi postundan DÇ-2018-in startından cəmi bir neçə gün öncə istefaya göndərilmiş Xulen Lopeteqini əvəz etmişdi.


Xəbər xətti