Haliloviç "Milan"da

16:31 8 İyul 2018

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Hamburq” klubunun xorvatiyalı yarımmüdafiəçisi Alen Haliloviçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu milanlılarla azad agent statusu ilə anlaşıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

 

Xorvatiya yığmasında da forma geyinən Haliloviç “Hamburq”a 2016-cı ildə transfer edilmişdi. O, geridə qalan mövsümü isə icarə əsasında “Las Palmas”da keçirib.

 

Zaqreb “Dinamo”sunun yetirməsi olan Haliloviç 2014-cü ildə bu klubdan İspaniya nəhəngi “Barselona”ya transfer edilsə də, Kataloniya təmsilçisində əsas komandaya yüksələ bilməyib. “Barselona”nın B komandasında 30 oyun keçirən Alen 2015/16 mövsümündə “Sportinq” (Xixon) klubunda da icarə əsasında oynayıb.


Digər xəbərlər

Xəbər xətti