"Türk Hava Yolları" "Neftçi"nin sponsoru oldu

16:19 9 İyul 2018

Bu gün “Neftçi” ilə “Türk Hava Yolları” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Sportarena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə tərəflər 1 illik müqaviləyə imza atıblar. Razılaşmaya əsasən, “Neftçi”nin formalarında, klubun sosial şəbəkə hesablarında, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu öz əksini tapacaq. Həmçinin paytaxt təmsilçisinin təlim-məşq bazası “Türk Hava Yolları İdman mərkəzi” adlandırılacaq. Əməkdaşlıq bu ilk üçün pilot layihə olacaq.

 

“Neftçi”nin prezidenti Kamran Quliyev tədbirdə çıxış edərək əməkdaşlıqdan şərəf duyduğunu bildirib. O qeyd edib ki, qardaş ölkənin dünyada tanınan brendinin “Neftçi”nin inkişafına, ölkədə idmana, futbolun gələcəyinə olab inamın göstəricisidir.

 

İmzalanma mərasimində çıxış edən THY-nin Bakı ofisinin rəhbəri Seyfullah İlyad tərəflər arasında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb:

 

“Biz THY olaraq hər zaman iki qardaş ölkə arasında mövcud sıx münasibətlərin dəstəkləmişik. Bu anlaşma da unun daha bir bariz nümunəsidir. Azərbaycan THY üçün sadəcə bir təyinat nöqtəsi deyil. Biz ölkəmizə qarşı hiss etdiyimiz məsuliyyətin eynisini qardaş ölkə olan Azərbaycan üçün də hiss edirik”.


Xəbər xətti