İspaniya millisinin yeni baş məşqçisinin adı açıqlandı - RƏSMİ

17:04 9 İyul 2018

İspaniya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, ispanların “sükanı arxasına” “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike gətirilib. Bu barədə məlumatı İspaniya Futbol Federasiyası yayıb. Onunla iki illik müqavilə bağlanılıb.

 

DÇ-2018-in başlamasına bir gün qalmış Xulen Lepoteqi İspaniya millisinin baş məşqçi postundan uzaqlaşdırılmışdı. Dünya çempionatının oyunlarında komandaya müvəqqəti olaraq Fernando Yerro rəhbərlik etmişdi.

 

Federasiya “Espanyol”un baş məşqçisi Kike Sançes Flores və Belçika yığmasının hazırkı çalışdırıcısı Robert Martineslə də danışıqlar aparırdı.


Digər xəbərlər

Xəbər xətti