"Qarabağ" "Olimpiya"nın hansı təklifini rədd edib?

Sportarena.az      10 İyul 2018, 00:24

"Olimpiya" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ"a ilk oyunun başlama saatını dəyişdirməyi təklif edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Sloveniya mətbuatı məlumat yayıb. Klub bu addımı matçın DÇ-2018-in yarımfinalında Xorvatiya - İngiltərə görüşü ilə eyni vaxtda başlanacağı üçün atıb. "Olimpiya" "Qarabağ"a oyunun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlamağı təklif edib. Ancaq Ağdam klubu bu təkliflə razılaşmayıb.

 

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" oyununun başlama saatı həmin gün keçiriləcək DÇ-2018-in yarımfinal mərhələsinin İngiltərə - Xorvatiya görüşü ilə üst-üstə düşdüyü üçün canlı yayımlanmaya bilər. Dünya çempionatının oyununa marağın daha böyük olacağını nəzərə alan Sloveniya telekanalları "Olimpiya" - "Qarabağ" qarşılaşmasını canlı yayımlamaq istəmirlər. Məhz buna görə də klub bu təklifi irəli sürmüşdü.

 

"Olimpiya" - "Qarabağ" matçı iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin