Türk futbolçu "Atletiko"nun hədəfində

11:19 10 İyul 2018

“Frayburq”un türk əsilli futbolçusu Çağlar Söyünçü bir sıra Avropa nəhənglərinin diqqət mərkəzindədir.

 

Sportarena.az xəbər verir ki, Çağların yay transfer dönəmində “Frayburq”dan ayrılacağı demək olar ki, dəqiqləşib. Onunla “Arsenal” ciddi maraqlanırdı. “Topçular”ın Çağlarla danışıq apardığı barədə də məlumat yayılmışdı. Amma Almaniya mətbuatında yayılan yeni məlumatda bildirilir ki, Madrid “Atletiko”su da Çağlar uğrunda mübarizəyə qoşulub.

 

“Hindular”ın futbolçuya “Arsenal”dan daha sərfəli təklif irəli sürdüyü bildirilir. Çağların bu təklifə münasibəti barədə isə məlumat verilmir.


Digər xəbərlər

Xəbər xətti