Portuqaliya millsinin baş məşqçisi ilə bağlı qərar açıqlandı

14:37 10 İyul 2018

Futbol üzrə Portuqaliya millisində baş məşqçi ilə bağlı suallara aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Fernando Santuş daha iki il Portuqaliya millisinin “sükanı arxasında” olacaq. Bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomeş açıqlama verib:

 

“AÇ-2016-da çempion olduqdan sonra qərara aldıq ki, Santuşla olan müqaviləni 2020-ci ilə qədər uzadaq. Biz AÇ-2018-dəki perspektivləri və problemləri nəzərə alırıq. Portuqaliyanı qarşıda Millətlər Liqası və Avropa çempionatı gözləyir. Biz Avropa çempionuyuq və bu titulu qorumaq istəyirik”.

 

Fernando Santuş 2014-cü ildən Portuqaliya yığmasının “sükanı arxasındadı”.

Portuqaliyalılar hazırda davam edən DÇ-2018-in 1/8 final mərhələsində Uruqvaya məğlub olaraq, mundialı tərk edib.


Digər xəbərlər

Xəbər xətti