"Səbail" Türkiyədə ilk məşqinə çıxdı

10:59 11 İyul 2018

Topaz Premyer Liqasının yeni mövsümünə hazırlaşan “Səbail” Türkiyəyə təlim-məşq toplanışına yollanıb.

 

Sportarena.az xəbər verir ki, iyulun 9-da Ankaraya yola düşən paytaxt təmsilçisi dünən baş məşqçi Aftandil Hacıyevin rəhbərliyi altında ilk məşqinə çıxıb.

 

“Səbail” hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu iyulun 12-də yerli “Gənclərbirliyi” klubuna qarşı keçirəcək. Bu matç yerli vaxtla saat 16:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti