"Arsenal" Uruqvay millisinin üzvünü transfer etdi

15:16 11 İyul 2018

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubunun uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyranı transfer edib. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. Uruqvay yığmasının üzvü “topçular”la 5 illik müqaviləyə imza atıb. 22 yaşlı futbolçunun 11 nömrəli formanı geyinəcəyi açıqlanıb. İndiyə qədər bu nömrə ilə oynayan Məsut Özil isə yeni mövsümdən 10 nömrəli formanı geyinəcək.

 

Torreyra, “Bayer”dən alınan qapıçı Bernd Leno, “Yuventus”dan gələn Stefan Lixtştayner və Dortmund “Borussiya”sından cəlb edilən Sokratis Papastatopulosun ardından “Arsenal”ın bu yay etdiyi 4-cü transferdi.

 

İngiltərə mətbuatının yazdığına görə, “Arsenal” “Torreyra”ya görə “Sampdoriya”ya 25 milyon avro təzminat ödəyib.


Digər xəbərlər

Xəbər xətti