“Keşlə” Maltada darmadağın oldu - YENİLƏNİB

21:54 12 İyul 2018

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Keşlə” də bu gün ilk matçına çıxıb. Yuri Maksimovun çalışdırdığı kollektiv səfərdə Maltanın “Baltsan” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz ilk oyunda darmadağın olmaqla, Bakıdakı matçı üçün işini xeyli çətinə salıb.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyun
12 iyul

20:00 Baltsan - Keşlə 4:1

Qol: Alfred Effionq, 12. Lekao, 21. Boyan Kalyeviç, 33. Kadu, 55 - Sezar Meza Kolli, 29-p.
Hakimlər: Volen Çinkov, Georgi Doynov, Denis Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan).
Ta`Qali. “Çentenari” stadionu.

 

Baltsan: 83. Stiv Sultana, 8. Nenad Sliviç, 9. Lekao, 11. Stiv Betsina (k), 15. Maykl Conson, 17. Alfred Effionq, 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç, 99. Miloş Lepoviç.

Ehtiyat oyunçular: 1. Sin Montoff, 4. Castin Qrioli, 10. Sirac Arab, 18. Uros Lyubomiraç, 42. Korrea Duarte, 50. Andrey Maydevaç, 88. Sin Kipriot.

Baş məşqçi: Marko Miçoviç.

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 19. Azər Salahlı, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 8. Miloş Bosançiç, 9. Amil Yunanov, 21. Herve Tçami, 39. Əlibəy Məmmədli, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev.

Baş məşqçi: Yuri Maksimov.


Xəbər xətti