İliya Stolitsa: "Qarabağ" mərhələ keçdiyini düşünməməlidir"

Sportarena.az      12 İyul 2018, 12:46

"Biz çox yaxşı oyun sərgilədik. "Qarabağ"ın çox az qol imkanı oldu və bunlardan birini dəqiq tamamlaya bildi. Oyundan öncə heyətlə bağlı problemlərimiz var idi. Andrey Vomberqarın adını siyahıya daxil etmədiyimiz üçün üzgünük".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"a 0:1 uduzduqları matçdan sonra deyib. 40 yaşlı çalışdırıcı cavab oyununda sərfəli nəticə qazanacaqlarına inandıqlarını bildirib:

 

"Oyunçularım əllərindən gələni etdilər. Yaxşı imkanlarımız olsa da, fərqlənə bilmədik. Amma bu, ilk oyun idi. Müsbət düşünmək üçün hər cür haqqımız var. Bugünkü oyunumuzu Bakıda sərgiləyə bilsək, yaxşı nəticə qazanarıq. "Qarabağ" mərhələ keçdiyini düşünməməlidir".

 

Gənc mütəxəssis İsah Abassın qırmızı vərəqə aldığı epizod barədə danışıb: "Bu barədə uzun danışmaq niyyətində deyiləm. Onu deyə bilərəm ki, bu dəqiqə hakimlər qırmızı vərəqələrin sayını artırıblar". 

 

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesblı qələbəsi ilə başa çatıb.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin