"Uypeşt"in baş məşqçisi: "Bu məsuliyyətsizlik rəhbərliyin boynundadı"

Sportarena.az      12 İyul 2018, 23:50

Avropa Liqasında I təsnifat mərhələsinin “Neftçi” – “Uypeşt” (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında Macarıstan klubunun baş məşqçisi Neboyşa Vinyeviç jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Rəqibi təbrik etmək istəyirəm. Öz oyunçularıma da belə oyun üçün təşəkkür edirəm. Oyundan öncə də bilirdim ki, “Neftçi” daha təcrübəlidi və keyfiyyətli futbolçulara malikdi. Bilirdim ki, “Neftçi” məğlubedilməz deyil. Deyə bilərəm ki, tam hazır deyildik, futbolçularımızı itirmişdik. Oyunun əvvəlində qol vurduq, inanırdım ki, qalib gələcəyik. Hesabda önə keçdikdən sonra rəqib topa sahib olmağa başladı. Təssüf edirəm ki, “Neftçi”yə 3 hədiyyə qol verdik. Son olaraq, baş məşqçi və “Neftçi”ni təbrik edirəm. 

 

– İki futbolçu iştirak edə bilmdi. Bunun günahkarı kimdir?

– Bu məsuliyyətsizlik rəhbərliyin boynundadır.

 

– 1:0-dan sonra oyuna olan proqnozunuz necə idi?

– Hesab bərabərləşdikdən sonra da, rəqib topa daha çox yiyələnirdi, bilirdim ki, rəqib güclüdü

 

– İki futbolçunuzun gələ bilməməsinə görə, komandanın təyyarəsinin kiçik olduğ deyilirdi. Belə klubda işləməyinizə görə peşman deyilsiniz?

– Bu sualı cavablamaq istəmirəm. 5 ildi burada çalışıram. İki futbolçumu itirdiyimə görə də, təssüflənirəm. Hər klub “Neftçi” kimi varlı deyil. Hər kəsin səhvi ola bilər

 

– Cavab oyunundan gözləntiləriniz nədir?

– Tam qüvvə ilə oynayacağıq, azarkeş dəstəyimiz olacaq. Əlimizdən gələni edəcəyik

 

– “Neftçi”nin futbolçularından kimi fərqləndirərdiz?

– Rəhman Hacıyevi deyə bilərəm, həmçinin Dario. Dabo yaxşı oyunçudur, ancaq üst səviyyə görmədim. Hacıyev is daha yaxşı klublarda oynaya bilər

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin