“Qarabağ” - “Olimpiya” matçına nə qədər bilet satılıb?

16:45 13 İyul 2018

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununa bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, iyulun 18-də keçiriləcək qarşılaşmaya artıq 5 min bilet satılıb. Bu barədə klubun sosial şəbəkədəki hesabından məlumat verilib. “Qarabağ” - “Olimpiya” qarşılaşması iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

 

“Qarabağ” səfərdə keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti