"Yuventus"dan rekord forma satışı - Ronaldoya görə

23:25 13 İyul 2018

İtaliyanın “Yuventus” klubu qırılması çətin olan rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, Kriştiano Ronaldonu heyətinə qataraq diqqətləri üzərinə çəkən Turin təmsilçisinin 24 saata 520 min forması satılıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Ronaldonun formalarının 20 mini mağazalardan, 500 mini isə onlayn olaraq satılıb.

 

“Yuventus”un “Real”dan 105 milyon avroya transfer etdiyi Ronaldo komandada 7 nömrəli formanı geyinəcək.


Xəbər xətti