Pedro Enrike "Astana"da

01:10 14 İyul 2018

Qazaxıstanın “Astana” klubu “Qarabağ”ın daha bir sabiq futbolçusunu heyətinə qatmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu PAOK-un yarımmüdafiəçisi Pedro Enrike ilə razılığa gəlib. Braziliyalı yarımmüdafiəçi icarə əsasında Astana təmsilçidinə çıxış edəcək.

 

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana”da millimizin üzvü, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda da çıxış edir.

 

Qeyd edək ki, Enrike 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. O, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində ilk qolunun müəllifi olub.


Xəbər xətti