“Neftçi” “Uypeşt”lə cavab matçına hazırlaşır

12:34 15 İyul 2018

İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın “Uypeşt” klubunu 3:1 hesabı ilə məğlub edən “Neftçi” bir günlük fasilədən sonra cavab matçının hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu bu gün öz bazasında axşam məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər.

 

Qeyd edək ki, “Uypeşt” - “Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti