Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

17:31 16 İyul 2018

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Sloveniyanın “Olimpiya”ı arasında baş tutacaq cavab qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, iyulun 17-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:45-də media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 19:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

“Olimpiya”nın baş məşqçisi isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Sloveniya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

“Qarabağ” ilk qarşılaşmadan 1:0 hesabı ilə qalib ayrılmışdı.


Digər xəbərlər

Xəbər xətti