AL: 2-ci mərhələyə 3 vəsiqənin sahibi bilindi - YENİLƏNİB

00:49 18 İyul 2018

Bu gün futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Bu oyunlardan sonra ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan ilk kollektivlərin adına aydınlıq gəlib. Lixtenşteynin "Vaduts", Şotlandiyanın "Reyncers" və Macarıstanın "Honved" klubları növbəti mərhələyə yüksəliblər.

 

İlk mərhələnin qalan oyunları iyulun 18 və 19-da keçiriləcək. Azərbaycan təmsilçilərinin - “Qəbələ”, “Keşlə” və “Neftçi”nin də cavab oyunları ayın 19-da baş tutacaq.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
17 iyul

Levski (Bolqarıstan) - Vaduts (Lixtenşteyn) 3:2 (ilk oyun 0:1)
Şkupi (Makedoniya) - Reyncers (Şotlandiya) 0:0 (0:2)
Honved (Macarıstan) - Rabotniçki (Makedoniya) 4:0 (1:2)


Digər xəbərlər

Xəbər xətti