Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı

15:27 17 İyul 2018

Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında oyunlarına ilk təyinatını alıb.

 

Sportarena.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya - İtaliya görüşünün yan xətt hakimi olacaq.

 

Qeyd edək ki, Hollandiya - İtaliya matçı iyulun 18-i Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti