"Qarabağ"ın potensial rəqibi məlum oldu

00:40 18 İyul 2018

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsindəki potensial rəqibinin kimliyinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu ÇL-in 1-ci təsnifat mərhələsindəki rəqibi olan Sloveniya çempionu “Olimpiya”nı mübarizədən kənarlaşdıra bilsə, növbəti mərhələdə Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.

 

Millimizin sabiq forvardı, hazırda “Qəbələ”də çıxış edən Rauf Əliyevin ötən mövsüm formasını geyindiyi bu kollektiv 1-ci təsnifat mərhələsində Maltanın “Valleta” klubunu mübarizədən kənarlaşdırıb. Tərəflər arasında Albaniyada keçirilmiş ilk oyunda hesab açılmamışdı - 0:0. Elə Maltadakı oyunda da qalib müəyyənləşməyib - 1:1. Lakin “Kukesi” səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

 

Xatırladaq ki, “Qarabağ” 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nı səfərdə 1:0 hesabıyla məğlub edib. Ağdam klubu Lyublyana təmsilçisi ilə cavab matçını sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.


Xəbər xətti