"Xəzər Lənkəran"ın Azərişığa borcu var? - AÇIQLAMA

15:48 18 İyul 2018

Lənkəran Şəhər Mərkəzi stadionunun qazonu sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, stadion rəhbərliyi buna səbəb kimi Lənkəranda yerləşən yarımstansiyada aparılan təmir işləri zamanı Azərişığın təhlükəsizlik qaydalarına riayət etməməməsini göstərir.  Şirkət təmir zamanı “Xəzər Lənkəran”a məxsus stadiona gedən xüsusi xətti zədələyib və üç gün ərzində stadion işıqsız qalıb. Bu səbəbdən, ot örtüyünün suvarılma prosesində problemlər meydana gəlib və qazon sıradan çıxıb.Lənkəran regional elektrik idarəsindən bildirilib ki, stadionun Azərişığa 3400 manat borcu var:

 

“Stadionun bizə 3400 manat borcu var. İşıq məsələsinə gəlincə, bütün ölkədə işıq olmayanda orda da olmayıb”.

Stadionun xüsusi xəttinin təhlükəsizlik qaydalarının pozulması üzündən sıradan çıxması ilə bağlı iddialara isə qurum rəsmisi cavab verməyib.
 

Stadionun mətbuat xidmətindən verilən məlumatda isə bildirilir ki, bu qədər borc yoxdur:

 

“Bizim o qədər borcumuz yoxdur. Hər ay işıq üçün lazım olan pulu ödəyirik. Sadəcə, bu məsələdə onlar borcu bəhanə gətirərək, fikri yayındırmaq istəyirlər. Gətirsinlər, yazılı şəkildə bizə göstərsinlər ki, borcumuz var. Bütün çeklər əlimizdədir və onlara sübut edə bilərik. Problemi yaradan isə hansısa tikinti şirkətidir”. (Qafqazinfo)


Xəbər xətti