"Uypeşt"in baş məşqçisi: "Üzr istəsələr, yaxşı olar"

11:32 20 İyul 2018

"Fantastik oyunun və nəticənin şahidi olduq. Kim asan qələbə qazandığımızı düşünürsə, səhvə yol verir".

 

Sportarena.az xəbər veir ki, bu sözləri "Uypeşt"in baş məşqçisi Neboyşa Vinyeviç deyib. Macarıstan klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Neftçi"ni qəbul edib və qələbə qazanıb (4:0). İki oyunun nəticəsinə görə "Uypeşt" mərhələ keçən tərəf olub. Oyundan sonra keçirilən mətbuat konfransında Vinyeviç bunları deyib:

 

"Neftçi" oyuna fərqli taktika ilə çıxmışdı. Cinah oyunçularını dəyişmələri, bizə açılmaqda kömək etdi. "Neftçi" güclü komandadır. Rəqib 60-cı dəqiqədə yaxşı əks-hücum qurdu. Bizim üçün həlledici məqam üçüncü qol oldu. Rəqib bundan sonra özünü itirdi və biz qələbəyə nail olduq. Bakıdakı matçdan sonra bizi tənqid edənlər isə üzr istəsələr, yaxşı olar. Azarkeşlərimizə təşəkkür edirəm”.


Xəbər xətti