Konte "Çelsi"ni məhkəməyə verdi

Sportarena.az      20 İyul 2018, 14:18

Bir neçə gün öncə “Çelsi”dən qovulan Antonio Konte London klubunun rəhbərliyindən narazıdır.

 

Sportarena.az xəbər verir ki, italiya mütəxəssis gec istefaya göndərildiyi üçün məyus olub. Məşqçinin vəkilləri hesab edirlər ki, o, məhz bu səbəbə görə növbəti mövsümdə işsiz qalacaq. Kontenin bu məsələylə bağlı məhkəməyə müraciət edib, vaxtından əvvəl istefaya göndərildiyi üçün ona ödənilməli olan 9 milyon funt-sterlinq təzminat məbləğinin tam verilməsini tələb etdiyi iddia olunur.
 

“Çelsi” tərəfinin isə Kontenin rəhbərliklə bağlı səsləndirdiyi tənqidi fikirlərdən məhkəmədə əks-arqument kimi istifadə edəcəyi gözlənilir.


Qeyd edək ki, “Çelsi” Konteni onun həmyerlisi Mauritsio Sarri ilə əvəz edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin