Ruslan Abışov 2018-ci ili başa vurdu

16:23 20 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Uypeşt" - "Neftçi" matçının 38-ci dəqiqəsində zədələnərək meydanı yarımçıq tərk etməli olan Ruslan Abışovun dizindən ciddi zədə aldığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, tibbi müayinədən keçən futbolçunun zədəsinun olduqca ağır olduğu məlum olub. Belə ki, Abışovun diz bağlarında qopma olduğu üzə çıxıb. Yaxın günlərdə əməliyyat olunacaq. "Ağ-qaralar"ın kapitanı ən azı 6 ay meydanlardan uzaq qalacaq. Ruslan Abışov 2019-cu ilin yanvar ayına qədər futbol oynaya bilməyəcək.

 

Bu isə o deməkdir ki, təcrübəli müdafiəçi "Neftçi" ilə yanaşı, milli komandamızın Millətlər Liqasındakı oyunlarını da kənardan izləməli olacaq.


Digər xəbərlər

Xəbər xətti