"Qarabağ" ÇL-də mübarizəni dayandırarsa, bu cütün qalibi ilə qarşılaşacaq - YENİLƏNİB

15:08 23 İyul 2018

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatması olub.

 

Sportarnea.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatmada Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” - “Kukesi” cütündə məğlub olan tərəfin də rəqibi bilinəcəkdi. Azərbaycanı bu yarışda heç bir klub təmsil etmir. “Neftçi”, “Qəbələ” və “Keşlə” Avropa Liqasında mübarizəni elə ilk mərhələdəcə dayandırıb.

 

Püşk "Qarabağ" - "Kukesi" cütünün məğlubunun Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gətirib. "Qarabağ" "Kukesi" səddini keçə bilməsə, Avroliqada "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.

 

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 9-da və 16-da keçiriləcək.

 

Avropa Liqası, 3-cü təsnifat mərhələsi
Çempionlar yolu

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Hapoel” (Beyer-Şeva, İsrail) cütünün məğlubu - APOEL (Kipr) - “Flora” (Estoniya) cütünün qalibi

“Spartak” (Latviya) - “La Fiorita” (San-Marino) cütünün qalibi - “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva) cütünün məğlubu

Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan) cütünün məğlubu - “Zrinski” (Bosniya və Herseqovina) - “Valletta” (Malta) cütünün qalibi

“Sutyeska” (Monteneqro) - “Alaşkert” (Ermənistan) cütünün qalibi - ÇFR (Rumıniya) - “Malmö” (İsveç) cütünün məğlubu

“Legiya” (Polşa) - “Spartak” (Slovakiya) cütünün məğlubu - “Düdelanj” (Lüksemburq) - “Drita” (Kosovo) cütünün qalibi

“Olimpiya” (Sloveniya) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi - BATE (Belarus) - HİK (Finlandiya) cütünün məğlubu

“Şkendiya” (Makedoniya) - “Şerif” (Moldova) cütünün məğlubu - “FK Santa Koloma” (Andorra) - “Valyur” (İslandiya) cütünün qalibi

TNS (Uels) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi - “Astana” (Qazaxıstan) - “Midtulland” (Danimarka) cütünün məğlubu

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi - “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubu

“Kork Siti” (İrlandiya) - “Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün məğlubu


Xəbər xətti