Ronaldo hamını təəccübləndirdi - Fiziki durumu ilə

10:45 24 İyul 2018

“Yuventus”un yeni transferi Kriştiano Ronaldo tibbi müayinədən keçərkən fiziki durumu ilə Turin klubunun həkimlərini təəccübləndirib.

 

Sportarena.az xəbər verir ki, həkimlər portuqaliyalı hücumçunun fiziki göstəricilərinin 20 yaşlı futbolçularla eyni olduğunu bildirib. 33 yaşlı futbolçunun orqanzimində 7 faiz piy aşkarlanıb ki, onun yaşında olan futbolçularda bu göstərici 10-11 faizdir. Ronaldonun bədənin əzələ kütləsi isə 50 faizdir. Burada isə orta göstərici 46 faizdir. Ronaldonun eyni zamanda sürət və digər fiziki göstəricilərinin yüksək səviyyədə olduğu məlum olub.

 

Xatırladaq ki,  112 milyon avroya “Real”dan transfer edilən Ronaldo ilə 4 illik müqavilə imzalanıb.


Xəbər xətti