Abidalın "qara ciyər" qalmaqlı bitmək bilmir

15:49 24 İyul 2018

İspaniya prokurorluğu "Barselona" klubunun keçmiş futbolçusu Erik Abidala köçürülmüş qara ciyər məsələsini yenidən araşdırmaq qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, bir müddət əvvəl bu məsələ bağlanmış, sənədlər arxivə göndərilmişdi. Prokurorluq Kataloniya məhkəməsinə məktub göndərərək işin yenidən araşdırılmasını, donorun şəxsiyyətinin müəyyənləşdirilməsini tələb edib.

 

2011-ci ildə ankoloji xəstəliyə görə Abidala qara ciyər köçürülmüşdü. "Barselona"nın keçmiş prezidenti Sandro Rossel qara ciyəri “qara bazardan”əldə etməkdə günahlandırılırdı. Lakin İspaniya klubu donorun Abidalın Fransada yaşayan yaxın qohumu Jerarın olduğunu bəyan etmişdl.


Xəbər xətti