“Qarabağ” - “Kukesi” oyununun biletləri satışda

17:30 24 İyul 2018

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Kukesi” (Albaniya) arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılır.

 

Sportarena.az xəbər verir ki, oyunun biletlərini bu gün - iyulun 24-dən etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq “iTicket.az” saytından əldə etmək olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

 

Qeyd edək ki, “Qarabağ” - "Kukesi” matçı avqustun 1-də, saat 21:00-da start götürəcək.

 

Şatış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları

Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)

Heydər Əliyev Sarayının kassası 28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)


Digər xəbərlər

Xəbər xətti