"Beşiktaş" hücumçu aldı

17:50 26 İyul 2018

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi son mövsümü “Ankaragücü”ndə keçirmiş Umut Nayiri transfer edib. Klub hələlik bu transferi rəsmən açıqlamasa da, “NTV Spor” tərəflərin 4 illik müqaviləyə imza atdığını yazıb.

 

25 yaşlı futbolçu müqavilə ilə “Osmanlıspor”a məxsusdur. Bu üzdən də “qara qartallar” sözügedən kluba 250 min avro təzminat ödəyiblər. Gənc forvard özü isə “Beşiktaş”da ilinə 1 milyon 750 min TL qazanacaq.

 

Umut geridə qalan mövsümdə “Ankaragücü”ndə 34 rəsmi matça çıxıb, 14 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti