"Real" azarkeşləri indi onun formalarını alır

12:50 28 İyul 2018

Kriştiano Ronaldonun “Yuventus”a keçməsindən sonra indi “Real” azarkeşlərinin başqa kumiri var.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun fanatları arasında ən populyar futbolçu Luka Modriçdir. Hazırda “Real”lılar ən çox məhz xorvat futbolçunun formalarını almağa üstünlük verirlər.

 

Hazırda “Real” azarkeşlərinin ən az tələb etdikləri forma Kərim Benzemanındır. “Real”ın ingilis azarkeşləri Qaret Beylin, latın amerikalı fanatları isə Keylor Navasın formalarına üstünlük verirlər.


Digər xəbərlər

Xəbər xətti