"Borussiya" Çindəki ulduzu Avropaya gətirir?

11:54 30 İyul 2018

Dortmund "Borussiya"sı növbəti transferə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, "sarı-qaralar" Çinin "Tianjin Quanjian" klubundan Aksel Vitseli heyətinə qatacaq. Belçika millisinin üzvünün transferi üçün Çin klubuna 20 milyon avro ödəniləcək. 29 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə bağlayacaq.

 

Qeyd edək ki, Vitsel 2017-ci ildə "Tianjin Quanjian"a Çinə transfer olmuşdu. Belçikalı futbolçu Çində 47 oyuna 6 qol vurub, 3 assist edib.


Xəbər xətti