Türkiyənin Birinci liqa klubundan sürpriz transfer

00:20 31 İyul 2018

Türkiyənin Birinci liqa klubu “Adana Dəmirspor” ulduz futbolçu ilə müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, Adana təmsilçisi “Mançester Yunayted”in keçmiş futbolçusu Andersonu transfer edib. Braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

7 mövsüm “Mançester Yunayted”də forma geyinən futbolçunun son klubu Braziliya “İnternasional”ı olub.

 

“Sambaçı” MY-dən başqa, “Portu”, “Fiorentina” kimi klubların da şərəfini qoruyub.


Xəbər xətti