"Qarabağ" - "Kukesi" matçı hansı kanalda yayımlanacaq?

14:55 31 İyul 2018

"Qarabağ” sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda "Kukesi"ni (Albaniya) qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, saat 21:00-da start götürəcək qarşılaşmanı hansı telekanalın yayımlayacağı məlum olub. “Qarabağ” - “Kukesi” matçı “CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq. Bu barədə Ağdam klubunun rəsmi saytı xəbər yayıb.

 

Albaniyada keçirilən ilk oyunda qapılara qol vurulmamışdı.


Xəbər xətti