"Qarabağ" darmadağınla mərhələ adladı - YENİLƏNİB

22:48 1 Avqust 2018

Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq. 

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” ilk oyunda səfərdə 0:0 hesabı ilə heç-heçə etdiyi “Kukesi”ni qəbul edəcək. Ağdam klubuna mərhələ adlamaq üçün ancaq və ancaq qələbə qazanmalıdı. İstənilən qollu heç-heçə isə rəqibi növbəti mərhələyə daşıyacaq.

 

Qeyd edək ki, “Qarabağ” - "Kukesi" cütünün qalibi , HİK - BATE cütünün qalibi ilə qarşılaşacaq. 

 

Çempionlar Liqası: 2-ci təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:00 Qarabağ (Azərbaycan) - Kukesi (Albaniya) 3:0 (İlk oyun 0:0)

Qol: Dani Kintana, 24-p; 57-p. Con Delarj, 90

Qırmızı vərəqə: Albi Alla, 56 (Kukesi)
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Digər xəbərlər

Xəbər xətti