BATE "Qarabağ"a rəqib oldu - YENİLƏNİB

02:07 2 Avqust 2018

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın dogma meydanda Albaniya “Kukesi”si ilə üz-üzə gəldiyi gündə daha 8 qarşılaşma baş tutub. Ağdam klubu 3-cü təsnifat mərhələsinə yüksələcəyi təqdirdə, HİK - BATE cütünün qalibi ilə üz-üzə gələcəkdi. Bu komandalar arasında da ilk görüşdə qol vurulmamışdı. BATE səfərdə qələbə qazanmaqla “Qarabağ” kimi növbəti mərhələyə yüksəlib.

 

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

1 avqust

HİK (Helsinki) - BATE (Belarus) 1:2 (ilk oyun 0:0)

Midtyulland (Danimarka) - Astana (Qazaxıstan) 0:0 (1:2)

Qarabağ (Azərbaycan) - Kukesi (Albaniya) 3:0 (0:0)

Malmö (İsveç) - ÇFR Kluj (Rumıniya) 1:0 (1:0)

Suduva (Litva) - Srvena Zvezda (Serbiya) 0:2 (0:3)

Bazel (İsveçrə) - PAOK (Yunanıstan) 0:3 (1:2)

Videoton (Macarıstan) - Ludoqorets (Bolqarıstan) 1:0 (0:0)

Şturm (Avstriya) - Ayaks (Hollandiya) 1:3 (0:2)

Rusenburq (Norveç) - Seltik (Şotlandiya) 0:0 (1:3)


Xəbər xətti