"Qaliblər": Fuad Zeynalov karyerasını nə vaxt bitirir? - VİDEO

18:37 2 Avqust 2018

Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər"in növbəti buraxılışı yayımlanıb.

 

Sportarena.az xəbər verir ki, "CBC Sport" kanalında yayımlanan proqramın bu dəfəki qonağı kikboksinq üzrə dəfələrlə Azərbaycan, Avropa və Dünya çempionu olmuş Fuad Zeynalov olub. Verilişin ənənəsinə uyğun olaraq tamaşaçılar idmanın bir günü ilə tanış olublar.

 

Günə idman zalında məşqlə başlayan titullu idmançımız karyerası ilə bağlı qəbul etdiyi mühüm qərarı məhz "Qaliblər"də açıqlayıb. Belə ki, Zeynalov yaxın zamanlarda son döyüşünü keçirərək karyerasını başa vuracağını açıqladı.

 

İzləyicilərin daha sonra əməkdar məşqçi adına da layiq görülən idmançımızın ailəsi ilə yaxından tanış olmaq imkanı da olub. Fuadın valideynləri övladılarının karyerası boyunca üzləşdiyi çətinliklərdən danışıblar. 

 

Proqramın növbəti hissəsində Fuad Zeynalov proqramın yaradıcı heyəti ilə dənizdə yaxta gəzintisinə çıxıb. Gəzintidən idmançı karyerasından bəhs edib. "Qaliblər"in son hissəsi isə ənənəvi olaraq sürpriz qonaqla davam edib. Bu dəfəki qonaq idmançının yaxın dostu, tanınmış Müğənni Vüqar Muradov olub.


Digər xəbərlər

Xəbər xətti