Ruslan Abışov əməliyyat olundu

12:35 3 Avqust 2018

"Neftçi”nin futbolçusu Ruslan Abışov əməliyyat olunub. Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

 

"Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

 

Xatırladaq ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində Macarıstanın "Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.


Xəbər xətti