Simeon Slavçev: "Qarabağ"da çox xoşbəxtəm"

13:54 3 Avqust 2018

“Qarabağ”ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib.

 

.Sportarena.az xəbər verir ki, bolqarıstanlı futbolçu yeni klubunda xoşbəxt olduğunu bildirib:

 

“Həqiqətən, çox xoşbəxtəm. Xüsusilə də, “Sportinq”dən ayrıldığım üçün. Bu, mənim üçün böyük bir yük idi. Orda hər zaman psixoloji və idarəçiliklə bağlı problem olurdu. İndi futboldan zövq alıram və bunu da sübut etməyə çalışıram. “Qarabağ”ın heyətində dörd oyun keçirmişəm və hər matçda daha yaxşı çıxış edirəm. Düşünürəm ki, son oyunda daha yaxşı çıxış etdim. Penalti ilə nəticələnən üç məhsuldar ötürmə verdim.

 

“Qarabağ”da olduqca xoşbəxtəm. Çünki bu komandanın oyun üslubu xoşuma gəlir. Burda mənə dəyər verirlər. Məncə, öz oyunumu daha da yaxşılaşdıra bilərəm”.

 

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçirəcəkləri oyun haqda da danışan 24 yaşlı futbolçu rəqibi keçəcəklərini düşündüyünü deyib:

 

“BATE inanılmaz komandadır. Müasir futbol belədir ki, rəqibi azacıq da olsa, qiymətləndirməsəz, bu, sizə baha başa gələ bilər. Ona görə də, kollektiv və baxımlı oyun nümayiş etdirməliyik. Düşünürəm ki, BATE-ni mübarizədən kənarlaşdırıb, yolumuza davam edə bilərik”.


Xəbər xətti