"Çelsi" Pedro ilə bağlı qərarını açıqladı

14:49 3 Avqust 2018

“Çelsi” ispaniyalı futbolçusu Pedro Rodriqesin müqaviləsinin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı futbolçu daha 2 il London klubunda qalacaq. Pedro yeni müqaviləsi ilə bağlı fikirlərini də bildirib. O, klub saytına açıqlamasında bunları deyib:

 

“Bu mənim üçün ideal variant idi. Burda özümü xoşbəxt hiss edirəm. “Çelsi”də qalmaq mənim üçün vacib idi. Qol vuraraq, komandanın qələbələrində pay sahibi olmaq istəyirəm”.

 

“Çelsi” Pedronu 2015-ci ildə 27 milyon avro qarşılığnda “Barselona”dan transfer edib.


Digər xəbərlər

Xəbər xətti