Dadaşov üçün uğursuz tur

10:29 5 Avqust 2018

Futbol üzrə Almaniya 3-cü Liqasında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası doğma meydanda “Karl Tseyss” ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

 

Dadaşovun komandası 2 turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb.


Xəbər xətti