UEFA AFFA rəsmisini "Qarabağ"ın potensial rəqibinin oyununa göndərdi

11:34 7 Avqust 2018

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva Avropa Liqasının oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, Mehtiyeva Avroliqanın 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) - “Valyur” (İslandiya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq. Matç avqustun 9-da, saat 20:00-da “Şerif” stadionunda keçiriləcək. 

 

“Qarabağ” BATE səddini keçə bilməsə, Avroliqada rəqibi "Şerif" (Moldova) - "Valyur" (İslandiya) cütünün qalibi olacaq.


Digər xəbərlər

Xəbər xətti