"Çelsi" "Real"ın futbolçusunu transfer edir

16:36 7 Avqust 2018

“Çelsi” xorvatiyalı yarımmüdafiəçi Mateo Kovaçiçi heyətinə qatmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marca” nəşri yayıb. Xəbərdə, Kovaçiçin London klubunda icarə əsasında çıxış edəcəyi bildirilir. Transferin bu gün rəsmiləşməsi gözlənilir.

 

Kovaçiç oyun praktikasının azlığını əsas gətirərək, başqa komandaya keçmək istədiyini klub rəhbərliyinə bildirmişdi.

 

24 yaşlı futbolçu ilə “Napoli” və “Milan” yaxından maraqlanırdı.


Digər xəbərlər

Xəbər xətti