Velosipedçimiz qəzaya düşdü

17:43 7 Avqust 2018

Azərbaycan velosipedçisi Sergey Omelçenko Şotlandiyanın Qlazqo şəhərində keçirilən Avropa çempionatında xoşagəlməz halla üzləşib.

 

Sportarena.az xəbər verir ki, Ukrayna əsilli trekçi keyrin yarışları zamanı qəzaya düşüb. Buna onun önündə gedən Macarıstan idmançısının yıxılması səbəb olub. Nəticədə toqquşmadan qaça bilməyən Omelçenko mübarizəni dayandırıb.


Xəbər xətti