Ramil Şeydayev yenidən "Trabzonspor"un düşərgəsində

18:21 7 Avqust 2018

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsinə geri dönüb.  

 

Sportarena.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu gün çempionatın I turu çərçivəsində "Başakşəhər"ə qarşı keçirəcəkləri matçın hazırlıqlarına başlayıb.  Hazırlıqlarda milli komandamızın hücumçusu da iştirak edib.  

 

Ramil Şeydayev iki gündür komandanın düşərgəsindən ayrılsa da, yenidən geri qayıdıb.  Onun klubda qalıb-qalmayacağı hələlik bəlli olmayıb.  

 

Qeyd edək ki, Avstriyanın "Mattersburq" klubu Şeydayevi icarəyə götürmək istəyir.


Digər xəbərlər

Xəbər xətti